Adı "Qarabağ"la hallanan futbolçu klubsuz qaldı
PSJ və "Real"ın sabiq futbolçusu Xese Rodriqes yenidən klubsuz qalıb.
Sportline.az xəbər verir ki, 29 yaşlı hücumameyilli futbolçu "Ankaragücü"ndən ayrılıb.
İspaniyalı forvardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Xesenin adı bir müddət əvvəl "Qarabağ" və "Sabah"la hallanırdı.