Adil Əliyev idmançımızı qəbul etdi
Türkiyənin Konya şəhərində kəmər döyüşündə qalib gələn kikboksçumuz Şikar Bədəlovdan xəbər var.
Sportline.az xəbər verir ki, idmançımız Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevlə görüşüb. Millət vəkili Şikar Bədəlovu parlaq qələbəsinə görə təbrik edib, ona qarşıdakı hədəflərində uğurlar arzulayıb.
Bədəlov da öz növbəsində ona göstərilən dəstək və etimada görə federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Şikar Bədəlov əməkdar məşqçi Hikmət Hacıyevin tələbəsidir.
Kikboksçumuz dünya kəmərini müdafiə etmək üçün daha bir görüşü İstanbulda keçirəcək.