AEL-in baş məşqçisi: "Qarabağ"ı keçə bilərik"
"Avrokuboklarda favorit olmur. "Qarabağ"ı yaxşı tanıyırıq".
Sportline.az xəbər verir ki, bu fikirləri Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, növbəti raunda adlamaq şansları var: "Bunun üçün bizə azarkeşlərin dəstəyi lazımdır".