AFFA aşağı liqalarla bağlı qərar verdi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə yarışlarda və Regionlar Liqasında mövsüm erkən başa çatdırılıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytının yaydığı açıqlamada bildirilir.  Məlumata görə, İcraiyyə Komitəsinni qərarına əsasən, koronavirus  pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Qeyd edilir ki, xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
 
Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunub.

Qalib komandalar bunlar elan edilib:

U-17 liqası - "Sabah"
U-16 liqası - "Qəbələ"
U-15 liqası - "Qəbələ"

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.