AFFA cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

SportLine.az PFL-ə istinadən xəbər verir ki, tədbirdə Topaz Premyer Liqanın 22-ci turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının XXII turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.     

Topaz Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan” klubunun 11 nömrəli futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunub. 

Banner