AFFA cəzaları açıqladı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az PFL-ə istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XXIX turunda xoşagəlməz hadisə yaşanmadığından əsas diqqət I divizionda baş verənlərə yönəlib.

XXI turun “Şəmkir” – “Neftçala” matçında yaşananları da müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb. Qarşılaşma başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu üzdən  oyun cəzalanıb və klubunu 400 manat ziyana salıb.

Matçdan sonra “Şəmkir”in həkimi Bayram Bayramov da hakimi təhqir edib. Onun cəzası daha ağır olub. 5 oyun cəzalanan həkimə görə klubu 500 manat ödəyəcək.

Qərblilərin baş məşqçisi Kamran Əlibabayev isə cəzalı olsa da yenidən xoşagəlməz hadisələrin iştirakçısı olub. İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmasına baxmayaraq, “Neftçala” ilə görüşün 68-ci dəqiqəsində tribunadan meydançaya daxil olub, hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunub. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.

“Zaqatala” ilə matçın 45+2-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

“Bakılı” ilə görüşün 76-cı dəqiqəsində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Banner