AFFA cəzaları açıqladı

13 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – AZAL  matçında “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

13 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların  AFFA və PFL tərəfindən araşdırılması davam edir. Müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:

Şahdağ (Qusar)

  1. Uce Cukunyere

Energetik (Mingəçevir)

  1. Ruslan Həmidov

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:

Şahdağ (Qusar)

  1. İqrar Səmədov
  2. Rafael Kübərov (İnzibatçı)

Rəvan (Bakı)

  1. Elvin Əliyev
  2. Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

  1. Arzuman Vəliyev
  2. Tunar Şahtaxtinski

 

Energetik (Mingəçevir)

  1. Elvin Əlizadə
  2. Kamran Lalayev

Hakim

Anar Niyazov

 

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:

 

Şahdağ (Qusar)

  1. Kamran Ağakərimov
  2. Tofiq Şəfiyev
  3. Mahiddin Ağamov  
  4. Faik Ağakərimov

Rəvan (Bakı)

  1. Əkbər Əhmədov
  2. Fərid Ağayev
  3. Mirqasım Cabbarlı
  4. Omid Masumi
  5. Fərid Quliyev

Bakılı (Bakı)

  1. Bəhram Bəhramzadə
  2. Xəzər Qəribov

Göyəzən (Qazax)

  1. Orxan Əsgərov

Energetik (Mingəçevir)

  1. Orxan Əlibalayev

Şərurspor (Bakı)

  1. Mehdi Rəsulov
  2. Samir Musayev

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

 

5 dekabr 2016-cı il  Bakcell U-17 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Şükür Babayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

5 dekabr 2016-cı il  Bakcell U-17 Liqasında “Qəbələ” – “Səbail” matçının 35-ci dəqiqəsində “Səbail” klubunun 5 №-li futbolçusu Fərid Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

5 dekabr 2016-cı il  Bakcell U-17 Liqasında “Vətən” – “Qarabağ” matçının 80-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu Samir Ağakişiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

8 dekabr 2016-cı il  U-16 Liqasında “Sumqayıt” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Rəvan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

11 dekabr 2016-cı il  Boulevard Hotel U-15 Liqasının “Gəncə” TİM – “Vətən” matçının 65-ci dəqiqəsində “Vətən” klubunun 17 №-li futbolçusu Əli Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

11 dekabr 2016-cı il U-14 Liqasında “Mil-Muğan” (İmişli) – UGİM (Beylaqan) matçının 40-cı dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu İlkin Abbaslı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

11 dekabr 2016-cı il U-12 Liqasında “Bahar” Sİİ (Beylaqan) – Horadiz (Füzuli) matçının 35-ci dəqiqəsində “Bahar” Sİİ klubunun 10 №-li futbolçusu Aqşin Miriyev və “Horadiz” klubunun 13 №-li futbolçusu Bəhlul Əhmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3). Oyunun 50-ci dəqiqəsində “Bahar” Sİİ klubunun 11 №-li futbolçusu Elcan Behbudov və “Horadiz” klubunun 14 №-li futbolçusu Həsən Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır(maddə 38.3).

10 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin ADBTİA – “Qarabağ” matçının 6-cı dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Kamran Sadıqov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün  1 oyun cəzalanır (maddə 62). Oyunun 25-ci dəqiqəsində “Qarabağ” klubunun 1 №-li futbolçusu İlqar Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

11 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “RR Club” – “Biləsuvar” matçının 21-ci dəqiqəsində “Biləsuvar” klubunun 77 №-li futbolçusu Vüsal Poladov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

12 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Təbriz” – “Sovetski” matçının 46-cı dəqiqəsində “Sovetski” klubunun 11 №-li futbolçusu Mahir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

11 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Atletiko Baku” – “Qaradağ” matçının 13-cü dəqiqəsində “Qaradağ” klubunun 25 №-li futbolçusu Telman Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 41-ci dəqiqəsində “Atletiko Baku” klubunun 6 №-li futbolçusu Şamil Ağametov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

11 dekabr 2016-cı il futzal üzrə Azərbaycan Həvəskarlar Liqasının “Liman” FK – “Cəfəri” matçının 88-ci dəqiqəsində “Cəfəri” klubunun 2 №-li futbolçusu Fuad Məlikov oyunun rəsmi şəxsinə qarşı aqressiv davranış və təhqiredici ifadələr işlətdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılır. (maddə 38.7). Oyunun 88-ci dəqiqəsində “Cəfəri” klubunun futbolçuları ucbatından oyun tam başa çatmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 49).

Banner