AFFA-dan 1 illik cəza

AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verən hadisələrlə bağlı qərar çıxarıb.

SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşün 30-cu dəqiqəsində “Standard"ın oyunçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, İntizam Komitəsi onu bir il müddətinə yarışlardan kənarlaşdırılıb.

38-ci dəqiqədə isə “Star Karqo”nun üzvü Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ona 4 oyunluq cəzala verilib.

Qeyd edək ki, görüş “Standard”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb.