Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Voluntari”nin qonağı olub. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.
“Voluntari” - “Petrolul” - 1:2
Qollar: Bran Flores, 9-pen. (0:1), Roman, 11 (1:1), Malula, 71 (1:2)
Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbədən sonra "Petrolul" 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.