AFFA-dan 4 oyunluq cəza

I divizionda çıxış edən “Şəmkir”in futbolçusu Cəmil Hacıyev cəzalandırılıb. SportLine.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi XV turun “Şahdağ”la matçında qırmızı vərəqə alan futbolçuya ağır cəza verib.

Oyunun 66-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Cəmil 4 matçlıq kənarlaşdırılıb. “Şəmkir” futbolçusuna görə 320 manat cərimə ödəyəcək.

Banner