AFFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Sportline.az xəbər verir ki, iclasın dəqiq vaxtı təyin edilməsə də, Novruz bayramı ərəfəsində keçirilməsi ehtimalı var idi.

Amma, koronavirus epidemiyasının yayılması və bununla bağlı qəbul edilən qərarlara əsasən, iclas irəli bir tarixə təxirə salınıb.