AFFA "İnter"in futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

SportLine.az PFL-ə istinadən xəbər verir ki, iclasda İK təkcə "İnter"i və komandanın futbolçusu Fuad Bayramovu cəzalandırıb.

Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Banner