AFFA "Kəpəz"i cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
SportLine.az PFL-ə istinadən xəbər verir ki, İK təkcə "Kəpəz"i və komandanın futbolçusu Junior Martinsi cəzalandırıb.
Topaz Premyer Liqanın 28-ci turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.