AFFA Klublar Komitəsinə yeni sədr seçildi
AFFA Klublar Komitəsinə yeni sədr seçilib. Sportline.az xəbər verir ki, bu, KK-nın bugünkü iclasında reallaşıb. Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı tədbirdə "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev yeni sədr seçilib. Quliyev növbəti bir il müddətində komitəyə rəhbərlik edəcək. O, 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə "Qarabağ"ın direktoru Əmrah Çəlikələ səs verib. Xatırladaq ki, KK-nın ilk sədri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbərlik edib.