AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək

AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək.

Bu barədə Sportline.az-a komitə sədri Vaqif Sadıqov məlumat verib.

Təcrübəli mütəxəssis planlarla bağlı danışıb:

“Məşqçilər Komitəsi AFFA-nın bütün layihələrinin müzakirəsində iştirak edir. Düzdür, son vaxtlar durğunluq müşahidə olunur. Fikrimcə, hamı yeni strategiyaya köklənib. Buna baxmayaraq, Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir. Məşqçilərlə görüşürük, hesabat hazırlayıb rəhbərliyə təqdim edirik. Növbəti həftə U-17-nin baş məşqçisi İlham Yadullayev və U-19-u çalışdıran Elxan Abdullayevlə görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmaları Avropa çempionatının seçmə mərhələsində yer aldıqları qruplarda cəmi 1 xal toplayıblar.