AFFA "Neftçi" və "Rəvan"ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqasının 21-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Banner