AFFA-nın Hesabat Konfransının gündəliyindəki məsələlər
AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb. Sportline.az xəbər verir ki, tədbirlər martın 16-da “Hilton” otelində təşkil olunacaq.
Saat 10:00-da başlanacaq konfransın gündəliyinə bu məsələlər daxildir:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.