AFFA-nın hesabat konfransının vaxtı və yeri dəyişdirilib
AFFA-nın növbəti Hesabat Konfransının yeri və vaxtı dəyişdirilib. Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik təşkilati işlərlə əlaqədardır. Martın 15-də "Boulevard Hotel"də təşkil olunacaq konfrans saat 10:00-da başlayacaq. Qeyd edək ki, əvvəlcə tədbirin martın 16-da "Hilton" hotelində keçiriləcəyi bildirilmişdi.