AFFA nümayəndələri FİFA Konqresində

Bu gün Bəhreyndə FİFA-nın 67-ci Konqresi keçiriləcək. SportLine.az xəbər verir ki, tədbirdə AFFA nümayəndələri də iştirak edəcək.

Konqresdə ölkəmizi assosiasiyanın baş katibi Elxan Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və AVRO-2020-nin AFFA təşkilat komitəsinin koordinatoru Nazim Əliyev təmsil edəcək.

Mənbə: affa.az