AFFA rəsmisi: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"
"Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır".
Sportline.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini açıqlayıb:
"Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Yığmamız matçlarda sonadək "döyüşməlidir". Nəticə görüşlərdən sonra bəlli olacaq".
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.