AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Sportline.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.