AFFA sabah De Byazi ilə bağlı qərar verəcək
AFFA sabah Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.
Sportline.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi bu məsələ ilə bağlı fövqəladə iclas keçiriləcək.
Saat 10:00-da başlanacaq iclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün mətbuat konfransında idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.