AFFA "Sumqayıt"ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, İK təkcə "Sumqayıt"ı cəzalandırıb.

Topaz Premyer Liqasının XIX turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Banner