AFFA və FIFA prezidentləri görüşüb

AÇ-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Sportline.az xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FİFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.