AFFA "Xəzər Lənkəran"ın ödənişini etdi
UEFA-nın "Xəzər Lənkəran" üçün ayırdığı 51 min 104 avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.
SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, UEFA həmin vəsaiti 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə ayırıb. "Xəzər Lənkəran"ın borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönəldillən sorğuya cavab verildikdən sonra köçürmə həyata keçirilib.