Afrika Millətlər kuboku: Seneqal Zimbabveni 13 dəqiqəyə "dəfn etdi"
Afrika Millətlər kuboku turnirində qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. B qrupunun favoriti Seneqal ikinci oyunda da etimadı doğruldub. Zimbabve futbolçuları çox çalışsalar da məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Oyuna fəal başlayan seneqallılar 13 dəqiqəyə məsələyə aydınlıq gətiriblər. Sadio Manenin hesabı açdığı görüşdə Anri Sayve mükəmməl cərimə zərbəsi ilə son nöqtəni qoyub. 2-0.