Afrika Millətlər Kubokunun qalibi bəlli oldu
Bu gün Afrika Millətlər Kubokunun final matçı keçirilib.
Sportline.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.
Mərakeşin Rabat şəhərindəki Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib - 1:0.
Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.
18 yanvar
Afrika Millətlər Kuboku
Final
23:00. Seneqal - Mərakeş - 1:0
Qol: Pap Qeye, 94
Qeyd edək ki, Seneqal millisi artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb. Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub. Sonuncu dəfə isə 2004-cü ildə finala çıxıblar.
Xatırladaq ki, ötən gün bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.