Afrikanın ən yaxşısı məlumdur

Afrika qitəsinin ən yaxşı futbolçusunun adı açıqlanıb. Sportline.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən "qara qitə"də 2016-cı ilin ən yaxşı futbolçusu "Lester"in hücumçusu Riyad Marez olub. O, ekspertlər və Afrika milli komandalarının baş məşqçiləri arasında keçirilən səsvermədə bütün rəqiblərini qabaqlayıb.  Əlcəzair millisinin üzvü 361 bal toplayıb. Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya") 313 balla ikinci, Sado Manya (Seneqal, "Liverpul") 186 balla üçüncü yeri tutub. Qeyd edək ki, 2016-cı ildə yüksək səviyyəli çıxışı ilə yadda qalan Marez "Lester"in  İngiltərə Premyer Liqasındakı uğurunda əsas pay sahiblərindən biridir.