Ağabala Ramazanov "Qarabağ"da
"Qarabağ" heyətini gücləndirməkdədir.
SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Azərbaycan millisinin üzvü Ağabala Ramazanovu heyətinə cəlb edib. Son mövsümü "İnter"də keçirən futbolçunun növbəti il yarım ərzində "Qarabağ"ın uğurları üçün çalışacağı gözlənilir.