Alaba “Real”dan ayrılır

"Real Madrid"in avstriyalı müdafiəçisi David Alaba yayda komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, "Şorlott" və "Nyu-York Siti" klubları 33 yaşlı futbolçunu transfer etməyə çalışır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Alaba 2021-ci ildən "Real"da çıxış edir.