"Alanyaspor" cənubi koreyalı futbolçu ilə müqaviləni uzadıb

"Alanyaspor" "Nottinqem Forest"in oyunçusu Ui-Jo Hvanqı heyətinə qatdığını açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Alanya təmsilçisi 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü də icarə əsasında Türkiyə klubunda keçirən Hvanq meydana çıxdığı 26 oyunda 4 qol vurub, 2 asist edib.

Qeyd edək ki, cənubi koreyalı hücumçu daha əvvəl "Norviç Siti", "Olimpiakos" və "Seul" FK-nın uğurları üçün çalışıb.

Futbolçu millisinin heyətində 62 oyunda 19 qol vurub.