Albaniyalı azarkeşlər arasında qalmaqal

Avropa çempionatında mübarizəni qrup mərhələsində başa vurmaq Albaniya millisi azarkeşlərinin ürəyincə olmayıb.

Sportline.az xəbər verir ki, son turda İspaniyaya 0-1 hesablı məğlubiyyətdən sonra alban fanatlar arasında dava düşüb.

Bu haqda məşhur "The Sun" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, insident zamanı xəsarət alanlar da olub.

Qeyd edək ki, Albaniya millisi 1 xalla qrup sonuncusu kimi mübarizəni dayandırıb.