Ali Koç: “Benfika"ya qarşı turnirdən kənarlaşdırılma şəklimiz qəbulolunmaz idi”
"Fənərbağça" prezidenti Ali Koç Mourinyo ilə ayrılıqdan danışdı.
Sportline.az xəbər verir ki, türk funksioner bu ayrılığa pis olduğunu açıqlayıb:
"Mourinyo ilə niyə yollarımızı ayırdıq? Bunu ilk dəfə burada açıqlayıram. Acı bir ayrılıq oldu, çünki dostluğumuz vardı və kimyamız tuturdu.
Məşqçimizin müdafiə yönümlü oynadığını bilirdik, amma "Benfika"ya qarşı turnirdən kənarlaşdırılma şəklimiz qəbulolunmaz idi və bu, mənə ötən ilin futbolunun davam edəcəyini hiss etdirdi.
Bu heyətin daha yaxşı futbol oynayacağına inandığımız üçün və Türkiyədəki oyunlarda daha dominant olmamız lazım olduğunu düşündüyümüz üçün yolları ayırdıq ”
Qeyd edək ki, hələki "Fənərbağça" klubuna yeni baş məşqçi təyinatı gerçəkləşməyib.