Ali Koça xəsarət yetirən şəxs cəzalandırılıb

"Fənərbağça"nın prezidenti Ali Koça xəsarət yetirən Fatih Özkan cəzalandırılıb.

Sportline.az "Oda Tv"yə istinadən xəbər verir ki, Fatih Özkana 7 ay 15 gün həbs cəzası verilib.

Fatih Özkan Ali Koça "Göztepe"- "Fənərbağça" matçında başından xəsarət yetirmişdir.

Qeyd edək ki, təqsirləndirilən şəxsə pul cəzası verilməyib.