Alleqri evinə qayıdır
"Milan"ın rəhbərliyi portuqaliyalı baş məşqçi Serxiyo Konseysao ilə yollarını ayırmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Rəhbərlik "Milan"ın sükanı arxasına Massimiliyano Alleqrini gətirmək niyyətindədir.
Qeyd edək ki, 57 yaşlı mütəxəsis 2010-2014-cü illər ərzində "Milan"ı çalışdırıb.