Alleqri "Napoli"də

İtaliya futbolunda ilin ən səs-küylü təyinatlarından biri gerçəkləşib.

Sportline.az xəbər verir ki, "Napoli" klubu baş məşqçi postunu İtaliya futbolunun ən təcrübəli mütəxəssislərindən biri olan Massimiliano Alleqriyə tapşırıb. "Yuventus"dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan Alleqri, bu böyük geri dönüşlə yenidən A Seriyasında çempionluq yarışına qoşulacaq.

Alleqri artıq indidən klubun idman direktoru ilə görüşərək komandanın gələcək planlarını hazırlayıb, yay transfer pəncərəsində gücləndirilməsi vacib olan mövqeləri və göndəriləcək futbolçuların siyahısını rəhbərliyə təqdim edib.