Alman fanatların Bakı səfəri havayı başa gələcək

Almaniya millisinin fan-klubu Bakıya havayı səfər edəcək. Sportline.az xəbər verir ki, məşhur şirkətlərdən biri fan-klubun ad günü münasibəti ilə onlara hədiyyə etmək qərarına gəlib. Almanlar 2018-ci il dünya çempionatının təsnifat matçı üçün ümumilikdə 800 bilet sifariş ediblər.  Xatırladaq ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.