Alman nəhəngi Hakanı radarına alıb
“Bavariya” klubu “İnter”in türkiyəli futbolçusu Hakan Çalhanoğlunu transfer etmək istədiyi bildirilir.
Sportline.az “CaughtOffside” saytına isyinadən xəbər verir ki, “Bavariya” rəhbərliyi Hakanı 2025-ci ilin yayında heyətinə qatmağı planlaşdırır.
Almaniya klubu bu keçid üçün “İnter”ə 45 milyon avro ödəməyə hazır olduğu qeyd olunur.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qolla yadda qalıb.