Almaniya futbolunda yenidən koronavirus qalmaqalı

Drezden "Dinamo”sunda koronavirusa iki yoluxma halı aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, indi bütün komanda iki həftəni karantində keçirməli olacaq. Məlumata görə, COVID-19-la bağlı test verən digər futbolçularda yoluxma əlaməti yoxdur.

"Dinamo" Almaniyanın ikinci Bundesliqasında çıxış edir. İkinci Bundesliqanın oyunlarının mayın ortalarında davam etdirilməsi planlaşdırılır.

Mayın 17-də Drezden komandası ilə "Hannover-96”nın 26-cı turun görüşü planlaşdırılmışdı. Lakin iki futbolçuda koronavirusun aşkarlanması ilə əlaqədar matç keçirilməyəcək.

Xatırladaq ki, daha əvvəl Almaniyanın ikinci divizionunun başqa bir klubu - "Ersqebirq" iki həftəlik karantinə gedib.