Almaniya klubunda iki nəfər koronavirusa yoluxub

Mönhenqladbax “Borussiya”sında koronavirusa yoluxma halı qeydə alınıb.

Sportline.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Klubun iki üzvündə koronavirus aşkarlandığı bildirilir. Yoluxanların adı açıqlanmasa da, onlardan birinin futbolçu, digərinin fizioterapevt olduğu bildirilir.

Pandemiyaya yoluxan şəxslər karantinə alınıb, komandanın digər üzvləri isə, məşqləri davam etdirir.