Almaniya klubunda növbəti yoluxma halı

May ayının ortalarında bərpa olunacağı gözlənilən Almaniya Bundesliqası təmsilçiləri, komanda halında məşqlərə başlayıblar.
 
Sportline.az xəbər verir ki, "Köln" klubu problemlə üzləşib. Klubun bəyanatına görə, komandanın üç üzvünün koronavirus testinin nəticəsi pozitiv çıxıb. Onlar 14 gün ev şəraitində karantində qalacaqlar.
 
"Köln" məxfiliyi qorumaq üçün koronavirusa yoluxan şəxslərin adlarını açıqlamayıb.
 
Komandanın məşqlərə davam edəcəyi bildirilib.