Almaniya Lüksemburqu sınağa çəkəcək

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, Almaniya A qrupunun 5-ci turunda Lüksemburqu sınağa çəkəcək.

Bundesdimin heyətində Nadiem Amiri və Niko Şlotterberq zədəlidir.

Lüksemburqun isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, Lüksemburq – Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oyunda söz sahibi ingiltərəli hakim Con Bruks olacaq.