Almaniya millisi Bakıya Götzesiz gələcək
Almaniya millisinin aparıcı futbolçularından olan Mario Götse çox güman ki dünya çempionatının millimizlə təsnifat oyununu buraxacaq. Sportline.az xəbər verir ki, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi əzələ zədələrindən əziyyət çəkir. Bu zədələr 25 yaşlı futbolçunun dizində metabolik ağrılara səbəb olub. Həkimlərin fikrincə o, yaxın müddətdə yaşıl meydana dönə bilməyəcək. Qeyd edək ki, Mario Götse bu il sonuncu dəfə yanvarın 29-da "Maynts"la səfər matçının 66-cı dəqiqəsində meydana çıxıb. Azərbaycan - Almaniya görüşü isə, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.