Almaniya millisinin əsas qapıçısı da sıradan çıxdı

Almaniya millisi və "Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib. Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ayaq əzələsini zədələyib. O, komandanın son məşqində fərqdi hazırlıqla kifayətlənib. Noyerin Çempionlar Liqasının "Arsenal"a qarşı görüşündə iştirakı sual altındadır.