Almaniya millisinin sabiq üzvü davada ayağını əzib
“Ştutqart”ın yarımmüdafiəçisi Kevin Qrosskroyts xəstəxanaya yerləşdirilib. Sportline.az Bild-ə istinadən xəbər verir ki, dostları ilə şənliyə qatılan 28 yaşlı futbolçu dava nəticəsində ayağını əzib. O bir müddət yaşıl meydanlardan kənarda qalmaq məcburiyyətindədir. Onunla yanaşı 4 nəfərə qarşı cinayət işi qaldırılacaq.