Almaniya millisinin üzvü "Mançester Yunayted"in diqqət mərkəzindədir

"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

A.Ştiller İngiltərədə çıxış etmək fikrinə müsbət yanaşır. Lakin Almaniya klubu futbolçusu üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 oyunda 1 qol, 5 asistlə yadda qalıb.