Almaniyada koronavirus təhlükəsi davam edir

Almaniyanın “Dinamo” (Drezden) klubunda daha iki nəfərdə koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxanlardan birinin futbolçu, digərinin isə klub işçisi olduğu bildirilib. Həmin şəxslərin adı açıqlanmayıb.

Daha əvvəl koronavirusa yoluxduğu açıqlanan iki nəfərin növbəti testi isə neqativ nəticələnib.

Koronavirusa yoluxan şəxslərin karantinə alındığı və növbəti həftələrdə yenidən testin keçiriləcəyi bildirilib.