Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi

Rişard Almeydanın milli komandamızda çıxışı reallaşmaq üzrədir. Sportline.az AFFA-nın facebook səhifəsinə istinadən xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi ilə görüşüb. O, Azərbaycan millisində oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il Almeydanın ölkəmizdə  yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb. Onun iyun ayından etibarən millinin düşərgəsinə qatılacağı gözlənilir.

Banner