Almeydanın milliləşdirilməsi nə vaxta qaldı?
"Qarabağ"ın futbolusu Riçard Almeydanın milliləşdirilməsi prosesi davam edir. Sportline.az xəbər verir ki, bununla bağlı məsələyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov məsələyə iyunun 5-də aydınlıq gətiriləcəyini deyi: "FİFA-dan məsələyə mümkün qədər tez baxmaları xahiş olunub. Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə, belə məsələlərə 4 həftə ərzində baxılır. Bu isə təqribən iyunun 5-nə düşür". Qeyd edək ki, Riçard Almeyda Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edir.