Alonso Çuameniyə aşiq olub

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Orelyan Çuameninin klubdan ayrılmasına qəti şəkildə etiraz edib.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəsis 25 yaşlı futbolçunun böyük heyranıdır. Bu səbəbdən oyunçunun klubda qalmasını istəyir.

Bu haqda nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, Çuamenin "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.